Builki qəbul imtahanlarında Vətən müharibəsinə aid suallar olacaq - DİM

18:00 14.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsi) dair test tapşırıqları olacaq.

Hafta.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) bildirib.

 “Abituriyent” jurnalının 1-ci sayında Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsi) dair tarix fənni üzrə qəbul proqramında verilmiş mövzular əsasında Azərbaycan və rus dilində hazırlanmış məqalə ilə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:

Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi);

Oтечественная война за Гарабаг (Вторая Гарабагская война).

Material yaxın vaxtlarda “Abituriyent” jurnalının 2-ci sayında da dərc olunacaq.